“Meyvəli” bazarında yanğın söndürülüb - YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, “Meyvəli” bazar adlanan ticarət mərkəzində yerləşən mağazaların birində yanğın olması barədə məlumat daxil olub.



Nazirlikdən AFN-ə bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

20:54

Lökbatan qəsəbəsi ərazisindəki "Meyvəli" bazarında yanğın başlayıb.

“Report”un məlumatına görə, yanğın ərzaq mağazalarının birində qeydə alınıb.

Artıq əraziyə yanğınsöndürənlər cəlb olunub, yanğının söndürülməsi üçün tədbirlər görülür.

Yanğının miqyası və digər təfərrüatlar barədə məlumat veriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu