Xırdalanda 30 yaşlı qadın itkin düşüb - FOTO


Abşeron rayonu, Xırdalan şəhərində yaşayan 30 yaşlı Əliyeva Cəmilə Telman qızı itkin düşüb.

Bu barədə onun bacısı məlumat verib.

O bildirib ki, hadisə 6 gün əvvəl qeydə alınıb:

"Cəmilənin itkin düşməsi, öldürülməsi və ya başına hansı hadisənin gəldiyi barədə heç bir məlumatımız yoxdur. Sadəcə həyat yoldaşı 6 gün əvvəl bizə zəng edib deyib ki, səhər yuxudan oyananda Cəmilənin evdə olmadığını görüb. Bundan sonra Cəmilənin axtarışına başlasaq da, hələ ki, onun haqqında heç bir məlumat əldə edə bilməmişik. Onun 10 yaşında bir oğlu da var. Hadisədən öncə həyat yoldaşı ilə arasında münaqişə zamanı Cəmilənin telefonu qırılıb".

O deyib ki, C.Əliyevanın əqli-qüsuru olmayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu