Namiq Qaraçuxurlu şəhidlərdən üzr istədi - VİDEO


Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu yenidən fəaliyyətini bərpa edəcək.

AFN xəbər verir ki, bu haqda meyxanaçı özü videomüraciət edərək bildirib.

O, şəhid ailələrindən sənətə başlamaq üçün icazə istəyib.

"Uzun zamandır bütün işlərimi dondurmuşdum. Gəldim Şəhidlər Xiyabanına, onların ruhu ilə söhbətləşdim, dərtləşdim. Onlardan halallıq istədim. Buradan şəhid ailələrinə, millətimizə müraciət edirəm: izin verirsinizsə, mən də toparlanmaq istəyirım. Allah millətimizə səbr versin, gücümüz tükənməz olsun", - deyə meyxanaçı bildirib.

Qeyd edək ki, N.Qaraçuxurlu müharibə ərəfəsində və ondan sonra yaradıcılığına ara verdiyini açıqlamışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu