Aydın Xırdalanlının anası: "İstəmirdim meyxanaçı olsun" - VİDEO


"Mən özüm şəxsən meyxananı istəmirdim. Çox bəyənmirdim. Amma qulaq asırdım. Aydın toylara gedəndə axı belə telefonlar yox idi mən onun meyxanalarına quıaq asım... Hərdən qohum-əqrabada olanda maraqlanırdım".



AFN.az xəbər verir ki, bu sözləri "Maqazin plus"a açıqlamasında mərhum meyxanaçı Aydın Xırdalanlının anası Bikə xanım deyib. Bikə xanım bildirib ki, nə o nə də həyat yoldaşı Aydının meyxanaçı olmağını istəməyiblər:

"Amma istəmirdim meyxanaçı olsun. Atası ümumiyyətlə istəmirdi. Toya gedəndə gedirdi oradan çıxardırdı. Deyirdim ki "ürəyi istəyir qoy desin". Deyirdi ki "Yox mən imkan vermərəm ki, o meyxana desin"".

Qeyd edək ki, meyxanaçı Aydın Xırdalanlı 2019-cu ilin martın 23-də vəfat edib. O uzun sürən xəstəlikdən sonra həyatını itirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu