Rəşad Dağlının həbsxanada dediyi meyxana gündəm oldu - VİDEO
Bir müddət əvvəl qonşusunu qətlə yetirərək həbs edilən meyxanaçı Rəşad Dağlının həbsxanada meyxana deməsinin görüntüləri yayılıb.
AFN.az xəbər verir ki, meyxanaçının illər əvvəl cəzaçəkmə müəssisələrindən birində həmkarı Ağamirzə ilə bir yerdə dediyi meyxana yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, Rəşad Dağlı qarşılarında çıxış etdiyi məhbuslara azadlıq arzulayır.
Xatırladaq ki, qətl törətməkdə təqsirləndirilən meyxanaçı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə qərar Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.
[media=https://www.youtube.com/watch?v=xY04KqZKlc4]