Sabiq polis rəisi faciəli şəkildə öldü - YENİLƏNİB


Sumqayıtda yol qəzasında dünyasını dəyişən piyada ilə bağlı detallar üzə çıxıb.



AFN Lent.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişən Alxanlı Çingiz Mehbala oğlu sabiq polis polkovnikidir. O, Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisi olub.

Hazırda araşdırma aparılır.

***09:49

Sumqayıtda avtomobil piyadanı vurub.

AFN APA-ya istinadla xəbər verir ki, hadisə Bulvar küçəsində qeydə alınıb.

Timur Məmmədov idarə etdiyi "Chevrolet Camaro" markalı avtomobillə yolu keçən Çingiz Alxanlını vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu