Paşinyan Soçidə Putin və Əliyevlə görüşəcək - Tarix bilindi


Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya və Azərbaycan liderləri Vladimir Putin və İlham Əliyevlə görüşdə iştirak etmək üçün oktyabrın 31-də Soçiyə gedəcək.



AFN sputnik armenia-ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Ermənistan Milli Assambleyasında jurnalistlərə açıqlamasında deyib.

“Bəli, məndə olan məlumata görə, Baş nazir Soçiyə gedəcək. Görüşün baş tutacağına inanıram”, - deyə Simonyan bildirib.

Xatırladaq ki, Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiyaya üçtərəfli görüşə dəvət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu