Bayram Səfərovun oğlu işdən çıxarıldı


Daxili işlər orqanlarında yeni təyinat olub.


AFN xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinin rəisi, polis mayoru Məhşur Hüseynov vəzifədən azad olunaraq Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi təyin olunub.


Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Xəlil Səfərov isə işdən çıxarılaraq sərəncama götürülüb.

Qeyd edək ki, Xəlil Səfərov Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğludur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu