Universitetdən kobud qanun pozuntusu: 136 minlik tender...
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti atributların və mükafatların alınması, həmçinin onların üzərində çap işlərinin satın alınması müsabiqəsinə yekun vurub.
136 min 528 manat dəyərindəolan tenderin qalibi "PRİNT AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Müqavilənin şərtlərinə əsasən, universitet üçün 1500 papaq, 1000 döş nişanı, 1000 təqvim, 1000 paket üzərində universitetin loqosu, 1500 stəkan, 300 şal, 1200 şarf, 1200 qalstuk, 500 poverbank, 1500 stəkanaltı, 1500 ajanda, 1500 flaş kart, 1000 plastik qələm, 1000 dəmir qələm, 500 çanta alınacaq.
Qeyd edək ki, universitet satınalmalar haqqında qanunu bu tenderdə kobud şəkildə pozub. Belə ki, "PRİNT AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti 5 ay əvvəl, yəni 11.09.2020-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır.
Həmçinin, şirkətin qanuni təmsilçisi olan Məmmədəlizadə Araz Söhrab oğlu universitetin əməkdaşıdır. Belə ki, Təhsil Nazirliyi tərəfindən ADNSU-nun 100 illik yubileyi münasibətilə universitetin bir qrup əməkdaşının təltif olunması siyahısında Araz Məmmədlizadənin də adı var.(Qaynarinfo)