Bakıda ağaclar yuyulur, yaşıllıqlara qulluq göstərilir


Bayram günləri olmasına baxmayaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin və digər kommunal xidmətlərin əməkdaşları tərəfindən mövcud karantin rejiminin tələbləri çərçivəsində Abşeronun iqliminə uyğun yeni ağaclar, kollar əkilir, movcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir, təbii gübrələr verilir.



Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən AFN-ə verilən məlumata görə, əsas magistral yol və
prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulur, onların dibi yumşaldılır, təbii gübrə verilir.

Həmçinin ağacların qurumuş budaqları budanır, yaşıllıq zolaqları və parklarda qazon örtüyü parklarda, prospekt və küçələrin kənarlarında yeni mövsümi güllər və kollar əkilir, şəhərə yeni gözəllik verilir. Görülən işlər çərçivəsində mərkəz küçələrdə xüsusi rəng çalarlarına malik olan və Bakı şəhərində yaşıllıq sahəsində yeni rənglərin yaranmasına səbəb olacaq yeni növ Hind yasəmənləri əkilir.

Ağacların yuyulması ilə yanaşı kommunal xidmətlərin avtonəqliyyat vasitələri və əməkdaşları tərəfindən prospekt və küçələrin, səkilərin kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı müxtəlif məhəccərlərin yuyulması həyata keçirilir. Bu kimi aksiyaların mövsümün sonunadək paytaxtın bütün rayonlarında keçiriləcəkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu