“Qaliblər düşərgəsi”nin iştirakçıları Qobustan Qoruğuna gediblər - FOTOLAR

“Qaliblər düşərgəsi”nin iştirakçıları maraqlı və əyləncə dolu bir həftəlik proqramı artıq geridə qoyublar.
Dövlət Miqrasiya Xidmətindən AFN-ə verilən məlumata görə, onların asudə vaxtlarının səmərəli təşkili və xalqımızın tarixini özündə daşıyan eksponatlar, qayaüstü rəsmlərlə tanışlığı məqsədilə həftə sonu Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya təşkil olunub.
Qaliblər Qobustan qayalarındakı insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələrinin təsvirlərinə baxıblar. Açıq səma altında fəaliyyət göstərən muzey iştirakçıların marağına səbəb olub.