İcra başçısının bu əməli etiraza səbəb oldu - VİDEO


Qubanın İdrisqışlaq kəndinin bir qrup sakini Bakı-Quba magistral yolunu bağlayıb.


Buna səbəb kəndin bir hissəsində yerləşən evlərə qazın verilməsi, digəri hissəsindəkilərə isə verilməməsidir.

Belə ki, İdrisqışlaq kəndinin Şabran rayonu ərazisinə düşən hissəyə qaz verilsə də, Qubaya aid olan hissəyə verilmir.

Məlumata görə, sakinlər bununla bağlı dəfələrlə şikayət etsələr də, nəticəsi olmayıb. Sakinlərin səbr kasasını daşıran isə Qubanın icra başçısı Ziyəddin Əliyevə məxsus olduğu bildirilən istirahət mərkəzinə qaz xəttinin çəkilməsidir. Həmin istirahət mərkəzi İdrisqışlaq kəndinin girəcəyində yerləşir.

Yerli mənbələrin məlumatına görə, sakinlərin aksiyasından xəbər tutan Qubanın icra başçısı onları sakitləşdirmək göstərişi verib. (hit.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu