Füzulidə 4 erməni hərbçinin meyiti tapıldı


Qarabağdakı döyüşlər zamanı ölən daha 4 erməni hərbçinin cəsədi tapılıb.


“Qafqazinfo” xəbər verir ki, bu barədə “News.am ” məlumat yayıb.

Cəsədlər Füzulidə həyata keçirilən axtarış əməliyyatı zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 623-ə çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu