NASA Türkiyədəki yanğınların peyk görüntülərini yaydı - FOTO


ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Türkiyədəki yanğınların peyk görüntülərini yayıb. Virtualaz.org xəbər verir ki, bu barədə NASA-nın "Twitter" hesabında paylaşım edilib. Qeyd olunub ki, baş verən meşə yanğınları nəticəsində 136 min hektardan çox sahə kül olub. Bu, il ərzində meydana gəlmiş yanğınların 3 qatı həcmindədir.


Qeyd edək ki, Türkiyədə meşə yanğınlarının söndürülməsi istiqamətində işlər davam etdirilir. Azərbaycan da öz dəstəyini göstərir. Bu gün Fövqəladə Hallar Nazirliyinin üçüncü yanğın-xilasetmə qrupu da qardaş ölkəyə yola düşüb. (Trend)










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu