“Nar” ADAMUN Gənclər Forumunun keçirilməsinə dəstək olub

Şirkətdən AFN-ə verilən məlumata görə, forumun məqsədi gənclərin üzləşdikləri problemlərin mütəxəssislər tərəfindən işıqlandırılması, gənclərlə birlikdə müzakirə və təhlilinin həyata keçirilməsi, eləcə də gənclərin bu problemləri həll etməyə yönəlmiş təkliflərinin irəli sürülməsində birbaşa iştirakının təmin olunmasıdır.
Qeyd edək ki, 3 gün davam edən forumda gənclər komandalara bölünərək, müxtəlif layihə ideyaları üzərində araşdırma və müzakirə apardı, layihə təkliflərini hazırladı və təqdimatını etdilər. Təqdimatların sonunda ən yüksək nəticə göstərmiş 3 layihə və müəllif komandalar mükafatlandırıldı.
Qeyd edək ki, ADA BMT Modeli klubu (ADAMUN) 2012-ci ildən fəaliyyət göstərir və ölkə daxilində minlərlə gəncin inkişafına töhfə verib.