Şəffaf satınalma portalının yaradılmasına ehtiyac var


"Heablama Palatası tərəfindən aparılan təhlillər devalvasiyadan əvvəlki illərin hesabına son 10 ildə qeyri-neft ÜDM-i və büdcə xərcləri üzrə real kumulyativ artımın təqribən mütənasib olduğunu göstərib. Növbəti ildə dövlət büdcəsinin xərclərinin strukturu dövlətin növbəti ildə iqtisadi inkşafının və əhalinin sosial rifahının dəstəklənməsinin prioritet olduğunu vurğulamaq imkanı verir".


Bunu parlamentin bugünkü plenar iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Sədr bildirib ki, zərfə daxil olmuş izahatda fiskal risklərin əhatə dairəsi bir qədər genişləndirilib. Hesablama Palatası 2022-ci ilin dövlət büdcəsi ilə bağlı əlavə olaraq daha üç fiskal risk barədə qiymətləndirmə də aparıb.

İlkin olaraq dövlətin cari xərclərinin, həmin xərclərin əsas hissəsini təşkil edən müdaiə olunan xərclərin artım tempinin qeyri-neft sektorundan əldə edilən gəlirlərə nisbətinin artmasını, ikinci risk kimi publik hüquqi şəxslər üzrə birbaşa dövlət büdcəsində əks etdirilən xərclərin həcminin əhəmiyyətli olaraq qalmasını, nəhayət, yeni büdcə modelinə keçidin gecikməsini və müvafiq bölmələr üzrə Orta Müddətli Xərclər Çərçivəsinə dair yekun sənədin hazırlanmasını üçüncü əsas risk olaraq müəyyən etmişik.

Büdcə zərfində subsidiyaların nəticələri qiymətləndirilmədən ildən-ilə artması fiskal risklər siyahısına daxil edilib. Heablama Palatası bunu qəbul edir və təklif edir ki, dövlət müəssələrinə ayrılan subsidsiyaların nəticələri və effektiv istifadəsinin təmin edilməsi məqsədilə subsidsiyaların verilməsi şərtləri, bununla bağlı tələb olunan sənədləri, subsidiya məbləğinin hesablanması üsulları və s. məsəlləri tənzimləyən konkret mexanizmlər formalaşdırmalıdır.

Tərəfimizdən aparılan araşdırmalar dövlət tələbatının və ehtiyaclarının ödənilməsinin ən qənaətli, nəticəli və səmərəli yolunun təkmil satınalma mexanizmlərinin yaradılmasından keçdiyini qeyd etmək imkanı verir. Bu baxımdan dövlət satınalmaları ilə bağlı müasir çağırışlara cavab verən, işğaldan azad olmuş torpaqların bərpsı ilə bağlı aktiv fəaliyyət fonunda dövlət vəsaitlərinin daha rasional istifadəsinə şərait yaradılacaq yəni hüquqi bazanın formalaşdırılmasına və bu sahədə geniş hesabatlılığı özündə ehtiva edən şəffaf satınalma portalın yaradılmasına ehtiyac var" (modern.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu