"Teknofest"də saxtakarlıq: "GreenX" komandasının balı 65-dən 57-yə necə düşdü? - VİDEO


Jurnalist Elnur Camalxanov "Teknofest"dən şikayətçidir.


AFN.az xəbər verir ki, jurnalist oğlunun üzv olduğu "GreenX" komandasının ballarının saxtalaşdırıldığını bildirib. O, bununla bağlı sənədlər də təqdim edib: "Rəsmi açıqlama istəyirik. Həvəslə hazırlaşan şagirdlərə qarşı nə haqsızlıqdır? "Teknofest"in münsiflər heyətinin yanlışlığı (bəlkə də ədalətsizliyi) "GreenX" komandasını festivalda iştirakdan məhrum edir. Əvvəl 65 bal verib 1 gün sonra 57.67 e endirmək ne deməkdir? Sanki finalda iştirak etməmələri üçün çalışıblar. Gülünc qərar görəsən, kimin başının altından çıxıb? 9-cu sinif şagirdlərinə qarşı belə ədalətsizlik edən münsiflər nə düşünüblər? Oğlum Mehran Camalxanli bu komandanın üzvüdür və ixtirada birbaşa rolu var".
Qeyd edək ki, “Teknofest” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. “Teknofest Azərbaycan” tədbirinin 2022-ci ilin 26-29 may tarixlərində "Bakı Kristal Zalı" və Dənizkənarı bulvar ərazisində keçirilməsi planlaşdırılır. Festivalın təşkilatçıları “Türkiyə Texnologiya Komandası” - T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyidir.
E.Camalxanov layihə ilə bağlı videomaterial da təqdim edib:








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu