“TEKNOFEST”ə bilet alanların nəzərinə!

28 may tarixi üzrə "TEKNOFEST"in proqramında dəyişiklik edilib.
AFN.az xəbər verir ki, Müstəqillik Günü ilə əlaqədar festival çərçivəsində konsert proqramı keçiriləcək.
Konsert saat 21:00-da başlayacaq və saat 23:00-da başa çatacaq. Gün ərzində festival ərazisində hazırlıq işləri aparılacaq.
Bununla əlaqədar bu gün üçün bilet əldə edən izləyicilər 20:30-da festivalın keçirildiyi əraziyə daxil ola biləcəklər.