İrandakı hadisələr Cənubi Azərbaycan hərəkatı deyil - ŞƏRH
Cənub qonşumuz İranda baş verən hadisələri diqqətlə izləyirik. İctimai polisin qanunsuz hərəkətinə qarşı İranın çoxlu şəhər və vilayətlərini etiraz aksiyaları bürüyüb. Burada siyasi fikirlər də səsləndirilir.
Bunu AFN.az-a politoloq İlyas Hüseynov deyib. O, bildirib ki, İranda dini liderlərin portretlərinin yandırılması həm də İran hakimiyyətinə qarşı bir təpkinin göstəricisidir: "Uzun illərdir ki, İranda hakimiyyətə qarşı çıxan qüvvələr neytrallaşdırılaraq, sıradan çıxarılıb. Hazırda bu ölkədə geniş vüsət alan etirazlara, nümayişlərə kənardan dəstəklər də verirlər. İranın regional siyasətindən narazı qüvvələrin olması da bizə bu fikri deməyə əsas verir. Eyni zamanda əsas hərəkətverici qüvvənin Azərbaycanlıların olması da bir reallıqdır. Lakin hazırkı vəziyyəti Cənubi Azərbaycan hərəkatı adlandırmaq olmaz, bu, yanlışdır".
FƏRAHİM