“Youtube” abunəçilərinin sayı artıb
"Youtube" videoplatformasının abunəçilərinin sayı 80 milyon nəfəri ötüb.
AFN APA-ya istinadən xəbər verir ki, bu, il ərzində 30 milyon artım deməkdir. Artım başlıca olaraq musiqi sektorunun hesabına baş verib.
"Youtube" son bir ildə musiqi sənayesinə 6 milyard dollar ödəyib. Bununla belə, o, "Spotify"dan geri qalır. Sözügedən platformanın aunəşilərinin sayı 195 milyon nəfərdir.