“Prius” sürücüsünün bıçaqladığı şəxs qohumu imiş - TƏFƏRRÜAT + VİDEO
Bakı-Sumqayıt şosesində sürücünün sərnişinə çox saylı xəsarət yetirməsinin təfərrüatı məlum olub.
AFN xəbər verir ki, hadisə Bakı-Sumqayıt şosesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində baş verib.
1998-ci il təvəllüdlü Vəliyev Əli Gündüz oğlu “Toyota” markalı avtomobildə sərnişin qismində əyləşərkən onu sürücü bıçaqlayıb.
Yaralı sol diz və sol kürək nahiyəsinin bıçaqlanması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ə.Vəliyevi bıçaqlayan onun qaynıdır. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, hadisə qohumlar arasında şəxsi münasibətlər zəminində baş verib.
“Hadisəni törədən şəxs məlumdur. Hazırda müvafiq ekspertiza işləri aparılır”, - deyə DİN-in məlumatında qeyd edilib.