"057 ailəsi" Naxçıvana səfər etdi - FOTOLAR


Ağdam və ətraf bölgələrdən olan, keçmiş əlahiddə kəşfiyyat taborunun qaziləri və taborun tərkibində döyüşərək şəhid olan döyüşçülərin ailə üzvləri qrup şəklində Naxçıvan Muxtar Respublikasına səfər edib.


Şəxsi təşəbbüslə təşkil olunan səfərdə iştirak edən qrup, Naxçıvan ərazisində dəfn edilmiş şəhidlərin Məzarını ziyarət edib, onların ailə üzvləri ilə görüşüblər.

Səfərdə iştirak edən Vətən müharibəsi qazisi Zöhrab Təbrizlinin Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə iki gün davam edən səfərdə qrup, həmçinin, Naxçıvanda olan ziyarətgahlarda və bəzi tarixi abidələrdə də olublar.

Səfər bu gün saat 19:00 da başa çatıb. Onlar Bakı-Naxçıvan təyyarə reysi ilə Bakıya yola düşüblər.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu