Cəhalət ən böyük fəlakətdir!


Keçmiş Misir prezidenti Ənvər Sədatı öldürən adama hakim sual verir:

- Sədatı niyə öldürdün?

Qatil:

- Çünki layiq idi!

Hakim:

- Layiq nə deməkdir?

Qatil:

- Bilmirəm!

Misirli məşhur ədəbiyyatçı Nəcip Mahfuzu öldürmək istəyən, amma bacarmayan müqəssirdən hakim soruşar:

- Niyə vurdun?

Müqəssir:

- "Küçə uşaqlarının xəyalları" adlı kitab yazdığı üçün.

Hakim:

- Yaxşı, o kitabı oxudunmu?

Müqəssir:

- Xeyr.

Hakim yazıçı Fərəc Fodayı öldürən terroristlərdən soruşar:

- Niyə öldürdünüz?

Günahkarlar:

- Çünki kafir idi.

Hakim:

- Haradan anladınız? Hansı kitabından bu nəticəyə gəldiniz?

Günahkarlar:

- Biz oxuma, yazma bilmirik.

Hakim:

- Nə???

Bu dünyada az bilən, çox inanan insandan daha təhlükəlisi yoxdur. Cəhalət ən böyük fəlakətdir!
Ona görə OXUYUN!!! KİTABLAR OXUYUN! OXUDUN!

Zaur Əliyev, dosent



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu