Dünya çempionatında ilk dəfə qadın hakim oyun idarə edəcək


FİFA 2022-ci il dünya çempionatının E qrupunda keçiriləcək Kosta Rika - Almaniya matçını fransalı hakim Stefani Frappartın idarə edəcəyini açıqlayıb. Frappart dünya çempionatında oyun idarə edəcək ilk qadın hakim olacaq.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, dünya futbol qurumu 2022-ci il dünya çempionatının E qrupunda dekabrın 1-i cümə axşamı keçiriləcək oyunları idarə edəcək hakimləri açıqlayıb.

Açıqlamaya görə, Əl Bayt Stadionunda 23.00-da başlayacaq Kosta Rika-Almaniya matçını fransalı qadın hakim Stefani Frappart idarə edəcək.

Qadın hakimlər Neuza Back və Karen Diaz isə Frappartın köməkçiləri olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu