İngiltərə-İtaliya oyununu idarə edəcək hakim bilindi


Avro-2020-nin finalını idarə edəcək hakimin adı açıqlanıb.


İtaliya və İngiltərə yığmaları arasında baş tutacaq qarşılaşmanı niderlandlı FIFA referisi Byörn Kuypers idarə edəcək.

48 yaşlı referiyə bu işdə yan xətt hakimləri Sander van Rukel və Ervin Zeynstra kömək edəcək. Dördüncü hakim funksiyasını isə Bastian Dankert yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 11-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək final matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu