Niderland-Argentina matçını idarə edən hakim DÇ-dən kənarlaşdırıldı
Dünya çempionatının 1/4 final mərhələsində Niderland – Argentina (2:2) matçını idarə edən ispan hakim Mateu Lahoz FİFA rəhbərliyi tərəfindən mundialdan kənarlaşdırılıb.
AFN.az xəbər verir ki, buna səbəb onun yanlış idarəçiliyi olub.
Lahozun beynəlxalq oyunlara təyinatı ilə bağlı ölçü götürüləcəyi də bildirilib.