Ukraynalılar bu xəbərə sevinirlər


Müharibə Ukraynaya hədsiz bəlalar bəx edib. Ölkə, demək olar ki, bütünlüklə istilik sistemindən məhrum olub. Kommunal struktur borbardmanlar nəticəsində məhv edilib. Lakin tezliklə Ukraynada havanın hərarətinin xeyli artacacağı proqnazlaşdırılır.


Belə ki, bir neçə gündür davam edən şaxtalı havanı Ukraynaya gələn anomal istilər əvəzləyəcək. Proqnozlara görə, bəzi yerlərdə havanın temperaturu +13°-dək yüksələcək. AFN.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, ölkə üçün bu fəsildə xarakterik olmayan isti hava donma təhlükəsini də aşağı salır. "Təbiət belə sakinlərə işğqalçılardan daha mərhəmətli yanaşır" - deyə Ukrayna mediası yazır. Həftənin sonuna qədər bu ölkədə güclü istiləşmənın gözlənilməsi soyuq evlərdə və zirzəmilərdə məskunlaşan ukraynalılar üçün gözəl xəbər sayır. Beləliklə, ölkə ərazisində şaxta əvəzinə mülayim hava olacaq, istirahət günlərində isə orta sutkalıq temperatur normadan 7-12 dərəcə yüksək olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu