Azərbaycanda saxta elmi işlər yazan mərkəz fəaliyyət göstərir - ETİRAZ+FOTOLAR

Sosial şəbəkələrdə reklamı gedən tərcümə mərkəzi müzakirələrə səbəb olub.
AFN.az xəbər verir ki, ictimai fəal Namiq Hüseynov "F/H Group &Translation center" tərcümə mərkəzini tənqid edib. O bildirib ki, mərkəz qanunsuz fəaliyyətlə məşğuldur: "Azərbaycanda belə bir tərcümə mərkəzi facebooka elan qoyub, doktorantlara pulla doktorluq işi yazırlar, magistrlara dissertasiya işi yazırlar, bakalavrlara diplom işi yazırlar, alimlərə məqalə yazırlar, bir sözlə, hər növ elmi işi plagiatsız yazırlar.
Məncə, bu əvvəla, ölkədə elm və təhsilim bərbad durumunu göstərir, ikincisi isə burda bir açıq cinayət tərkibi var. Çünki kiməsə diplom işi, elmi iş yazaraq haqq etmədiyi mövqeyə gəlməkdə kömək edirlər. Əgər elmi dərəcə belə oxumadan, əziyyət çəkmədən pulla alına bilərsə, onda bu ölkədə universitet, təhsil, savad nəyə lazımdır. Bütün savadsızlar oxumadan gəlib bizi idarə etmək üçün baş köşələrə keçsinlər".
Sözügedən mərkəzlə əlaqə saxlayaraq, vəziyyətə aydınlıq gətirməyə çalışdıq. Mərkəzin e-mail ünvanına soğru göndərsək də, cavab verilmədi.