Bakıda şok olay: Kişini lüt soyundurub darvazadan asdılar


Sosial şəbəkələrdə ilginc məlumat yayılıb.


AFN.az xəbər verir ki, Heykəltaraş Adəm Zindaninin şantaj olayı ilə bağlı 2 il müddətinə azadlıqdan məhrum edilməsi xəbərinə reaksiya verən izləyicilərdən biri, 2 illik həbsin yetərli cəza olmadığını deyib. Kövsər Axundzadə adlı xanım istifadəçi yazıb ki, bir dəfə bağ evindən qayıdarkən oxşar əməl sahibi olan bir kişinin cəzalandırıldığının şahidi olub: "Piyada qohumumgildən gəlirdim. Hava yenicə qaralmışdı. Gördüm bir yekə darvazadan bir yekəpər oğlanı ayaqlarından üzüaşağı asıblar. Əlləri arxadan kəndirlənmişdi, ağzı da skoçlanmışdı. Özü də lümlüt. soyundurulmuşdu. Elə bir yerdə idi ki, bəlkə də onu mən görməsəydim, kimsə görməyəcəkdi. Zəng elədim, gəldilər düşürdülər onu ordan. Sonradan eşitdim ki, belə əməllər etdiyinə görə onun özünü o günə qoyublar. Sabaha kimi qalmalıymış, "mərdimazar" mən olmuşam".
Qeyd edək ki, Heykəltaraş Adəm Zindani 2021-ci il dekabrında, öz emalatxanasına tanış olduğu xanımı gətirib, xəlvəti video çəkiliş edib, qadına qarşı etdiyi seksual hərəkətləri lentə alıb. Sonra bu lent ilə onu şantaj edib. Hətta qadın onun tələblərinə qarşı çıxanda, xanımın çılpaq şəkillərini ağaca, divara, xəstəxana qapısına və s. yerlərə yapışdırıb. Nəhayət əlacı kəsilən qadın polisə şikayət etməklə məsələni həll etməyə çalışıb. Bu da Adəm Zindaniyə iki il müddətinə həbs edilməklə nəticələnib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu