Naxçıvan MR Nazirlər Kabinetinin saytı “gov.az” zonasına köçürülüb
Naxçıvan MR Nazirlər Kabinetinin elektron informasiya resursu, yəni "nnk.gov.az" domen adı ilə AzStateNet şəbəkəsinə köçürüldü.
Bu barədə AFN.az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.
Xidmət Naxçıvanda dövlət orqanlarının internet səhifələrinin “gov.az” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirləri davam etdirir.