İçi qızılla dolu ayaqqabıları yanlışlıqla zəlzələ bölgəsinə göndərdilər: toy üçün yığmışdılar


Trabzonun Sürmene mahalında toy üçün yığdıqları qızılları içində saxladıqları ayaqqabıları səhvən zəlzələ bölgəsinə kömək üçün göndəriblər.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Akyasan ailəsi zəlzələdən zərər çəkənlərə kömək etmək üçün hazırladıqları ayaqqabı, palto və qalın köynəklər kimi əşyaların olduğu çantanı yardım toplama mərkəzinə çatdırıb. Lakin bu zaman toy üçün yığılan qızılları saxladıqları ayaqqabı da yanlışlıqla həmin yüklərin içinə qoyulub. Ailə bundan 4 gündən sonra xəbər tutub. Yardımın çatdığı Qaziantepə gedən Dursun Akyasan qızıllarını axtarsa da, bir nəticə əldə edə bilməyib. Qaziantepdə vəziyyəti təhlükəsizlik qüvvələrinə bildirən ata Dursun Akyasan həmin qızıllarla iyulun 19-da oğluna toy etməyə hazırlaşdığını deyib. Ata 80 qram külçə qızılından ümidverici xəbər gözləyir.

"Qızılların seriya nömrələrini protokola yazdılar. Qızılları aldığımız zərgərin nömrəsi də ayaqqabının içərisindədir, ümid edirəm ki, tapılacaqlar" - deyə D.Akyasan bildirib.

“Daha əvvəl Sakaryada zəlzələ olmuşdu. Zəlzələ baş verəndə çox emosional idik. Ailə qərarını verərək zəlzələyə kömək etmək istədik. Evdə hər şeyi tələsik yeni materiallardan hazırladıq. Çarpayı altında 3 cüt ayaqqabı var idi. Oğlum təzə və keyfiyyətli olduğu üçün vermək istədi. Məlum olub ki, anası qızılları da həmin ayaqqabıya qoyub. Həmin ayaqqabı da yardım çantasına qoyulmuşdu. Anası o an unudub. Tələsik onu şəhərimizdəki yardım toplama mərkəzinə gətirdi. Hadisəni 4 gün sonra anladıq. Mənim əsgər oğlum var, toy edəcəkdik. Anasına dedi ki, xidmətə getməzdən əvvəl qızılları görüm. Anası çarpayının altını qaldırıb gördü ki, ayaqqabılardan biri yoxdur. Sonradan öyrəndik ki, qızıllar verilən ayaqqabının içərisindədir". Ailə ümid edir ki, qızılı tapan şəxs onları geri göndərəcək. "Göndərməsə də, biz birtəhər toyumuzu yola verəcəyik" - deyə ata bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu