Kosmetikalara zanbaq ətri verən bu maddə xərçəng yaradır!
Rus professor, immunoloq Andrey Prodeus kosmetikalardakı təhlükələr barədə xəbərdarlıq edib.
AFN.az xəbər verir ki, o, kosmetika və məişət kimyəvi maddələrinin tərkibindəki məşhur lilialdehid maddəsinin təhlükəsi barədə xəbərdarlıq edib. Həkimin sözlərinə görə, məhsullara zanbaq qoxusunu verən lilialdehid insanlar üçün son dərəcə təhlükəlidir.
Ekspert bildirib ki, bu maddə xərçəng hüceyrələrinin inkişafını stimullaşdırır, qaraciyər, döş və prostat xərçənginə səbəb ola bilər. Prodeus, lilialdehidin etiketdə "butilfenilmetilpropional" kimi gizlədilməsinin qeyri-adi olmadığına diqqət çəkib. Professor çarə kimi bu vasitələrdən çəkinməyi tövsiyə edir. Bu maddə sabunlarda, ətirlərdə, kremlərdə, ağız qarqaralarında və hava təravətləndiricilərində olur.