Təyyarədə "kobra" kabusu: Oturacağın altında ilan görən pilot təcili eniş etdi


Cənubi Afrikalı pilot uçuş zamanı oturacağı altında kobra ilanı gördüyü üçün təcili eniş etməyə məcbur olub.


AFN.az "Times Live" nəşrinə istinadən xəbər verir ki, Keyptaundan 4 sərnişinlə Nelspruite uçan Rudolf Erasmus səyahət zamanı oturacağının altında sarı kobra ilan görüb. Pilot təcili eniş etməli olub. Sərnişinlərə təlaşa düşmədən təyyarədə ilan olduğunu söyləyən Erasmus, Welkomda təyyarəni eniş zolağına endirməyi bacarıb.

Təyyarədən enərkən ilanın hələ də oturacağının altında olduğunu qeyd edən Erasmus, ilan təlimçiləri gəldiyi zaman heyvanın yoxa çıxdığını, daha sonra axtarışlara son qoyulduğunu bildirib.

Cənubi Afrikalı aviasiya mütəxəssisi Brayan Emmenis pilotun demək olar ki, heç vaxt görünməmiş bir vəziyyət qarşısında qəhrəmanlıq göstərdiyini bildirib. O qeyd edib ki, pilot panikaya düşsəydi təyyarəni qəzaya uğradaraq insanların ölümünə səbəb ola bilərdi.

Sarı kobra ilanları zəhərlədikləri insanı dəqiqələr ərzində öldürə bilirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu