İntihar etmək üçün çıxdığı minarədən döyülərək düşürüldü


Misirdə intihara cəhd etmək üçün minarəyə çıxan 27 yaşlı gənc döyülərək düşürülüb.


AFN.az xəbər verir ki, ölkənin cənubundakı Əl-Feyyum şəhərinin Şenhur kəndində 27 yaşlı Məhəmməd İbrahim psixoloji xəstəliyə görə məscidin minarəsinə çıxaraq intihara cəhd edib.

İbrahimi ruhdan salmaq üçün kranın köməyi ilə minarəyə çatan yanğınsöndürənlərin razı salma cəhdləri boşa çıxdıqda minarəyə çıxan 2 nəfər İbrahimi döyərək intihara cəhdin qarşısını alıb.

İbrahim minarədən endirilərkən ətrafdakılar bu xilasetməni alqışlayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu