Afrikadan Hindistana gətirilən daha bir çita öldü

Hindistanın Madhya Pradeş əyalətindəki Kuno Milli Parkında Afrikadan gətirilən çitaların doqquzuncusu da ölüb.
Hindustan Times-ın xəbərinə görə, park rəsmiləri tərəfindən verilən açıqlamada, "Dhatri" adlı dişi çitanın ölü tapıldığı və ölüm səbəbinin müəyyən edilməsi üçün yarılma aparılacağı bildirilib.
Fevral ayında Afrikadan gətirilən 12 çitadan 9-nun ölümü ilə indiyədək 5 yetkin və 4 körpə çita ölüb.
Mərkəzi hökumət dünən Kuno Milli Parkında çitaların ard-arda öldürülməsi ilə bağlı açıqlama verərək, ölümlərin təbii səbəblərdən baş verdiyini bildirib.