Dolların hegemonluğu bitir: bundan sonra nə baş verəcək?
"ABŞ dolları digər ölkələrə qarşı təzyiq vasitəsi kimi çıxış edir".
Publika.az xəbər verir ki, bunu Venesuelanın xarici işlər naziri İvan Gil Pinto bildirib.
Pinto, BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində dolların hegemonluğunun dağılacağını proqnozlaşdırıb və dünya ticarətində qaçılmaz bir alternativin yaranacağını deyib. Onun fikrincə, bundan sonra valyuta səbəti müsbətə doğru dəyişəcək və bütün ölkələr üçün sabitliyi təmin edəcək.
Nazirin sözlərinə görə, dünyada yeni nizamın formalaşması dolların ticarətdə əsas alət statusunu itirməsinə şərait yaradır.
"Biz bunu hər gün görürük, enerji kimi əmtəələrin getdikcə daha çox dollardan başqa valyutalarla alqı-satqısına başlanılır. Braziliya və Argentina kimi Latın Amerikasının qida gücləri ərzaq məhsullarını daha çox başqa valyutalarla ticarət edirlər" - Pinto fikrini yekunlaşdırıb.