Fransada parlament binası qarşısında tələbələrin “mənzil” aksiyası


Fransanın paytaxtı Parisdə universitet tələbələri pis mənzil şəraitinə etiraz etmək üçün Milli Assambleya binası qarşısında çadır qurublar.

L'Union Etudiante birliyinin X sosial media platformasında verdiyi açıqlamaya görə, Parisdə universitet tələbələri Parlament qarşısında çadırlar quraraq pis yaşayış şəraitinə etiraz ediblər.

Dünən Bordo və Lill şəhərlərində də tələbələr eyni səbəbdən təhsil müəssisələrinin yerləşdiyi nöqtələrdə çadır qurublar. Birlik qeyd edib ki, tələbələr büdcələrinin 56 faizini yaşayış xərclərinə ayırırlar.

Birliyin eyni mediada paylaşdığı görüntülərdə əllərində "Tez 150 min tələbə evi tikək" və "Küçədə olsam oxuya bilmərəm" yazılı plakatlar daşıyan gənclərin çadırların qarşısında oturduğu görünür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu