Sumqayıt şəhərinə Binəqədi və Abşeron rayonlarından 4 min hektara qədər torpaq sahələri verilir


Sumqayıt şəhərinə Binəqədi və Abşeron rayonlarından 4 min hektara qədər torpaq sahələri verilir.



AFN.az-ın xəbərinə görə, bu,bu gün Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılan “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəsinə əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsinin ərazisindən 1213 hektar, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 hektar və 2223,67 hektar torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu