DİN Akif Qurbanovun atasının saxlanması iddiasına aydınlıq gətirdi


Daxili İşlər Nazirliyi “Toplum TV” işi üzrə həbs olunan Akif Qurbanovun atasının saxlanması ilə bağlı iddialara rəsmi cavab bildirib.



DİN-in mətbuat xidmətinin inspektoru İbrahim Əmiraslanlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, onun saxlanılması istintaq əhəmiyyəti daşıyan mühüm sənədləri evdən çıxararkən olub:

“Polis əməkdaşları tərəfindən həmin sənədlər ondan götürülərək istintaq materiallarına əlavə edilib. Daha sonra o sərbəst buraxılıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu