Astronomlar kainatın yeni xəritəsini yaradıblar
Astronomlar 1,3 milyon superkütləli qara dəliyin olduğu kainatın yeni xəritəsini yaradıblar.
"Cosmos Magazine"in məlumatına görə, astronomlar Günəşdən 100 min ilə 10 milyard dəfə böyük olan superkütləli qara dəliklərin əmələ gətirdiyi, kainatın ən parlaq cisimləri olan kvazarlar, isti, turbulent qaz və toz kütlələrindən istifadə ediblər.
Avropa Kosmik Agentliyinə aid Gaia Kosmik Teleskopundan əldə edilən məlumatlardan istifadə edərək, astronomlar arxa planda çəkilən kvazarlardan istifadə edərək, 1,3 milyon superkütləli qara dəlikdən ibarət kainatın xəritəsini yaradıblar.
Xəritəni yaradan elm adamlarından olan Nyu York Universitetinin professoru David Hoq hazırladıqları kataloqun kainatın ən böyük həcminin 3D xəritəsini göstərdiyi üçün daha əvvəl yaradılmış bütün kataloqlardan fərqli olduğunu bildirib.
Kvazar kataloqunun astronomik layihələrin nə qədər məhsuldar olduğuna dair gözəl bir nümunə olduğunu qeyd edən Hoq, "Qaia öz qalaktikamızda olan ulduzları müəyyən etmək üçün yaradılıb, eyni zamanda milyonlarla kvazar tapıb. Bu, bizə kainatın xəritəsini verib" deyə vurğulayıb.
Astronomlara kainatın inkişafını daha yaxşı anlamağa kömək edəcəyi ümid edilən araşdırmanın məqaləsi "Astrophysical Journal"da dərc olunub.