Avropa Kosmik Agentliyinin Evklid Teleskopu ilk fotolarını Yerə göndərib


Avropa Kosmik Agentliyinin (ESA) keçən ay kosmosa göndərdiyi "Evklid" kosmik teleskopu ilk çəkdiyi fotoşəkilləri Yerə göndərib.


ESA-nın verdiyi açıqlamada, layihə prosesi 11 il davam edən "Evklid" teleskopunun Yerdən 1,5 milyon kilometr uzaqlıqdan çəkilmiş kainatın fotoşəkillərini göndərdiyi bildirilib.

Teleskopun yaxın iki ay ərzində müşahidə cihazlarını tənzimləyəcəyi qeyd edilən açıqlamada, ən mühüm vəzifəsinin kainatdakı qalaktikaları, qaranlıq maddəni və qaranlıq enerjini müşahidə etmək olduğu bildirilib.

Açıqlamada teleskopun foto cihazlarının "James" vebb teleskopundan 100 qat daha geniş şəkil çəkə bildiyi bildirilib və fotoşəkillərin yerdən çəkilənlərdən 4 qat daha keyfiyyətli olduğu vurğulanıb.

"Evklid" Layihəsinin direktoru Cüzeppe Racca illərlə işlədikdən sonra bu fotoşəkilləri görməyin çox həyəcanlı olduğunu və teleskop tam gücü ilə işlədiyi zaman milyardlarla qalaktikanın müşahidə oluna biləcəyini söyləyib. O qeyd edib ki, bu yolla indiyə qədər hazırlanmış ən böyük üç ölçülü kosmos xəritəsi hazırlana bilər.

ESA-nın baş direktoru Josef Açbaçer bildirib ki, NASA-nın vebb teleskopu ilə eyni tarazlıq nöqtəsində yerləşən teleskop haqqında çox az şey bildiyimiz kainatın təxminən 95 faizini işıqlandıracaq.

"Evklid" kosmik teleskopu iyulun 1-də ABŞ-ın Florida ştatındakı Cape Canaveral Kosmik Stansiyasından orbitə buraxılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu