AÇ-2024-ün açılış oyununun hakimləri bəlli oldu


Almaniya və Şotlandiya milliləri arasında keçiriləcək Avropa çempionatının açılış oyununun hakimləri bəlli olub.


“Qafqazinfo” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı FIFA referisi Kleman Tyurpen idarə edəcək.

Ona Nikolya Dano və Benjamen Paje yardımçı olacaq. Fransua Leteksye dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR-da Jerom Brisar əyləşəcək. Onun köməkçiləri Villi Delajo və italiyalı Massimiliano İrrati olacaq.

Qeyd edək ki, iyunun 14-də baş tutacaq Almaniya - Şotlandiya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. AÇ 2024-ə iyulun 14-də yekun vurulacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu