"Apple" işçilərinin ianələrini İsrail ordusuna göndərir - İDDİA


Bəzi işçilər və səhmdarlar Amerikanın texnologiya şirkəti "Apple"ı işçilərindən toplanmış ianələri İsrail ordusuna göndərməkdə ittiham ediblər.


ABŞ-ın “The Intercept” xəbər saytının xəbərinə görə, özlərini bir qrup səhmdar, indiki və keçmiş işçilər kimi qələmə verən 133 nəfər işçi ianələrinin göndərildiyi qurumlarla bağlı texnologiya şirkətinə açıq məktub yazıb.

Məktubda "Apple" işçi ianələrini İsrail ordusuna bağlı təşkilatlara və orduya dəstək olan israillilərə göndərməkdə günahlandırılıb.

Bu iddianın dərhal araşdırılmasını tələb edən məktubda "Apple"dan bütün qeyri-hökumət təşkilatlarına ianə verməyi dayandırması istənilib.

Bir çox böyük qurumlar kimi "Apple" işçiləri də “Benevity” adlı platforma vasitəsilə qeyri-kommersiya təşkilatlarına ianə verə və bunun müqabilində işəgötürənlərindən töhfə ala bilərlər.

Apple rəhbərliyi iddialarla bağlı suallara cavab verməyib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu