Ukrayna Şimali Koreya qoşunlarının Rusiyanın Kursk bölgəsinə gətirildiyini iddia edib


Ukrayna Müdafiə Nazirliyinin (GUR) Kəşfiyyat Baş İdarəsi Şimali Koreya hərbi birləşmələrinin Rusiyanın Kursk bölgəsinə gətirildiyini iddia edib.


Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsindən verilən açıqlamada Şimali Koreyanın Rusiyada təlim keçən ilk hərbi hissələrinin Ukraynaya qarşı müharibəyə cəlb olunduğu iddia edilib.

Əldə edilən məlumata görə, Rusiyanın Kursk bölgəsində ilk Şimali Koreya əsgərlərinin göründüyü bildirilib.

Açıqlamada Ukrayna kəşfiyyat rəsmilərinin məlumatına görə, Şimali Koreyadan Rusiyaya 500 zabit və üç general olmaqla təxminən 12 min əsgər göndərildiyi iddia edilib.

“Əsgərlər döyüş sursatı, yataq dəstləri, qış geyimləri və ayaqqabıları, həmçinin gigiyena qaydaları ilə təmin olunublar”, - deyə məlumatda bildirilir.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu