Mask Avstraliyanın sosial mediada yaş məhdudiyyəti planını bəyənməyib


X sosial şəbəkəsinin rəhbəri İlon Mask 16 yaşdan kiçik uşaqların sosial media platformalarına girişini məhdudlaşdırmağı planlaşdıran Avstraliya hökumətini internetə çıxışa nəzarət etməyə çalışmaqda ittiham edib.


Mask sosial media platformalarına 16 yaş məhdudiyyəti qoymağı planlaşdıran Kanberra hökumətinin bu addımını bəyənməyib.

Avstraliyanın baş naziri Antoni Albanesenin yaş həddi ilə bağlı qanun layihəsini parlamentə təqdim etdiklərini açıqladığı yazısından sitat gətirən Musk deyib: “Bu, Avstraliyadakı bütün vətəndaşların internetə çıxışına nəzarət etmək üçün gizli bir üsul kimi görünür".

Mask həmçinin Avstraliya hökumətini məhkəmə qərarından sonra “bütün ölkələrə senzura” tətbiq etməkdə ittiham edib.

Avstraliyada hökumət uşaqların sosial mediadan istifadə etməyə başlaması üçün yaş həddi təyin etməyi və platformalara buna əməl etməyə görə məsuliyyət qoymağı düşünür. Sosial media platformaları yaş həddini pozduqları halda onlara cəza tətbiq edilməsi planlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu