Almaniyada dəniz bazasında icazəsiz fotolar çəkən çinli casusluq şübhəsi ilə həbs edilib


Almaniyanın Kiel şəhərində bir çinlinin dəniz bazasında icazəsiz fotoşəkil çəkdirdiyi üçün casusluqda şübhəli bilinərək həbs edildiyi açıqlanıb.


WDR-in xəbərinə görə, Çin vətəndaşının dekabrın 9-da Kiel-Vik dəniz bazasında hərbi mülkiyyətdə icazəsiz fotoşəkil çəkdiyi müəyyən edilib.

Mühafizəçilər tərəfindən polisə təhvil verilən bu şəxsin mobil telefonu və digər əşyalarına Şlezviq-Holşteyn üzrə Dövlət Kriminal Polis İdarəsi tərəfindən baxış keçirildiyi bildirilib.

Həmin şəxs casusluqda şübhəli bilinərək həbs edilib.

Qeyd edilib ki, müstəntiqlər şübhəlinin xarici məxfi xidmətdə çalışıb-işləmədiyini və fotoları casusluq məqsədilə çəkib-çəkmədiyini araşdırır.

Qeyd edək ki, alman hərbi kəşfiyyat xidmətlərinin hesabatlarında son vaxtlar Almaniya Silahlı Qüvvələrinə (Bundesver) qarşı casusluq fəaliyyətlərinin artdığı bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu