Çində nazirlik əməkdaşı ABŞ-a casusluq etməkdə şübhəli bilinərək saxlanılıb


Çində nazirlik rəsmisi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) casusluq etməkdə şübhəli bilinərək saxlanılıb.


Çin Dövlət Təhlükəsizliyi Nazirliyinin sosial media hesabından edilən açıqlamada, soyadı Hao olaraq bildirilən 39 yaşlı məmurun Yaponiyada təhsil alarkən CIA tərəfindən əməkdaşlığa cəlb olunduğu iddia edilib.

Açıqlamada nazirliyi dəqiqləşdirilməyən məmurun casusluq fəaliyyəti aşkarlandıqdan sonra saxlanıldığı və barəsində istintaqın davam etdiyi bildirilib. Haonun Yaponiyada tələbə olarkən viza almaq üçün getdiyi Tokiodakı ABŞ səfirliyində Ted adlı amerikalı zabitlə tanış olduğu qeyd edilib.

Ted daha sonra Haonu Çin əsilli olduğu anlaşılan həmkarı Li Cünlə tanış edib. Onların birlikdə çalışdığı, Yaponiyadakı təhsilin sonunda onun Çinin əsas qurumlarında işləməyə təşviq edildiyi iddiası irəli sürülüb.

Haonun təklifi bəyəndiyi və ABŞ-la "casus müqaviləsi imzaladığı", müayinə və təlim keçməyə razılıq verdiyi vurğulanan açıqlamada Çinə qayıtdıqdan sonra adı açıqlanmayan nazirlikdə işə başladığı, məlumat ötürmək üçün dəfələrlə CIA əməkdaşları ilə görüşdüyü və pul qarşılığında casusluq etdiyi bildirilib.

Dövlət Təhlükəsizliyi Nazirliyi dövlət silah şirkətinin 52 yaşlı əməkdaşını da avqustun 10-da casusluqda şübhəli bilinərək saxlayıb və şübhəlinin İtaliyada təhsil alarkən MKİ-də işləməyə başladığı iddia edilib.

Maraqlıdır ki, nazirliyin yeni yaradılan sosial media hesabında hər iki hadisə ilə bağlı paylaşımlarında birbaşa olaraq Mərkəzi Kəşfiyyat İdarəsinə işarə edilib.

Nazirlik avqustun 1-də yaydığı yazıda ölkədə casusluq fəaliyyətinin “ağır və mürəkkəb vəziyyətdə” olduğunu bəyan edib və vətəndaşları əks-casusluq fəaliyyətini dəstəkləməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu