ABŞ Çinin Kubada hərbi təlim mərkəzi açmaq planlarından narahatdır
ABŞ Çin və Kubanın adada birgə hərbi təlim mərkəzi açmaq planlarından narahatdır. Bu, Çin qoşunlarının ölkə yaxınlığında yerləşdirilməsinə və digər kəşfiyyat əməliyyatlarına səbəb ola bilər.
AFN.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”ı (WSJ) ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Adı açıqlanmayan ABŞ rəsmiləri nəşrə bildiriblər ki, adanın şimal sahilində obyekt tikmək üçün danışıqlar hələ də davam edir. Onların sözlərinə görə, prezident Co Baydenin administrasiyası sövdələşmənin qarşısını almaq üçün Kuba hakimiyyəti ilə əlaqə saxlayıb.
Onlar qeyd ediblər ki, Kubada təklif olunan yeni təlim mərkəzi ABŞ-ın yeni kəşfiyyat məlumatlarında qeyd olunur və onlar bunu inandırıcı, lakin cılız plan adlandırırlar. Vaşinqtonun ən böyük narahatlığı obyektin Çin Xalq Azadlıq Ordusunun dünya üzrə hərbi bazalar şəbəkəsini genişləndirmək təşəbbüsü olan “Layihə 141”in bir hissəsi olacağıdır.
Daha əvvəl WSJ xəbər vermişdi ki, Çin və Kuba ABŞ-a casusluq etmək üçün Kuba ərazisində gizli Çin casus bazası yerləşdirmək barədə razılığa gəliblər. Bazanın elektron kəşfiyyat üzrə ixtisaslaşacağı və bir çox hərbi obyektlərin yerləşdiyi Amerikanın cənub-şərqində rabitəni kəsə biləcəyi dəqiqləşdirilir.