Çin ABŞ-ı Kubanın daxili işlərinə qarışmamağa çağırıb


ABŞ Kubanın daxili siyasətinə müdaxiləni dayandırmalı və ona qarşı embarqonu dərhal ləğv etməlidir.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib. Diplomat Pekinin Kubada elektron müşahidə bazası yerləşdirməyə razılıq verməsi haqda sualı cavablandırarkən qeyd edib ki, Birləşmiş Ştatlar öz davranışı haqqında düşünməlidir: "Azadlıq və demokratiya bəhanəsi ilə Kubanın daxili işlərinə qarışmağı dayandırmalı və ona qarşı iqtisadi, ticarət və maliyyə embarqonunu dərhal ləğv etməlidir", - Vanq bildirib.

"Hamımızın bildiyimiz kimi, şayiələr və böhtan yaymaq ABŞ-ın ümumi taktikasıdır və digər dövlətlərin işlərinə tüğyan edən müdaxilə əlamətdar xüsusiyyətdir" - deyə ÇİN rəsmisi vurğulayıb.

"The Wall Street Journal" son dərəcə məxfi kəşfiyyat məlumatları ilə tanış olan mənbələrə istinadən yazıb ki, Çin Kuba ilə adada elektron müşahidə bazası yerləşdirmək üçün məxfi razılaşma əldə edib. Floridadan 100 mil məsafədə yerləşən baza bir çox hərbi bazaların yerləşdiyi ABŞ-ın cənub-şərqində elektron rabitəni izləyə, həmçinin Amerika gəmilərinin hərəkətini izləyə bilərdi. Mənbələrin bildirdiyinə görə, Çin Kubaya belə bir zavod tikmək imkanı üçün bir neçə milyard ABŞ dolları ödəməyə razılaşıb və iki ölkə artıq bu məsələdə prinsipial razılığa gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu