Kuba ABŞ-a etiraz notası göndərib


Kuba ABŞ-ın Havanadakı səfirliyinə etiraz notası göndərərək, ölkədə ərzaq qıtlığı və elektrik enerjisinin kəsilməsi səbəbindən keçirilən nümayişlərlə bağlı hökuməti tənqid edib.


Kuba Xarici İşlər Nazirliyi ABŞ-ın Havanadakı səfirliyinin müvəqqəti işlər vəkili Benjamin Ziffin müdaxiləçi şərhlərinə görə ona etiraz notası göndərildiyini açıqlayıb.

Kuba xarici işlər nazirinin müavini Karlos Fernandez de Kossio ABŞ-ın şərhlərini “Kubanın daxili işlərinə açıq-aşkar müdaxilə və hörmətsizlik” adlandırıb.

ABŞ-ın Kubaya qarşı illərdir tətbiq etdiyi sanksiyalara işarə edən Kossio, nümayişlərə səbəb olan problemlərdən ABŞ-ın da məsuliyyət daşıdığını bildirib.

Etirazçılar martın 17-də Santyaqo-de-Kubanın şərq əyalətində qida çatışmazlığı və 8 saatdan çox elektrik kəsilməsi səbəbindən nümayiş keçiriblər. ABŞ-ın Havanadakı səfirliyi ölkənin digər ştatlarında da nümayişlərin keçirildiyini açıqlayıb.

ABŞ-ın Havanadakı səfirliyinin Facebook hesabından nümayişlərlə bağlı edilən şərhdə, "Kuba hökumətini etirazçıların insan haqlarına hörmət etməyə və Kuba xalqının qanuni ehtiyaclarını qarşılamağa çağırırıq" - deyə qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu